Yuxarı

Proses başladı: erməni ordusu geri çəkilir, ərazilər verilir - Qazaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Proses başladı: erməni ordusu geri çəkilir, ərazilər verilir - Qazaryan

Tavuşda delimitasiya və demarkasiya prosesinə hazırlıq çoxdan başlayıb və indi də davam edir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Tavuşun Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan deyib.

Onun sözlərinə görə, hazırda erməni qoşunları əvvəlki mövqelərində qalıblar:

“Amma Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər qurulur. Yəni buna əsasən ordumuz hazırda olduqları mövqelərindən 5-6 yüz metr geri çəkilməlidir. Ərazidə anklav adlanan Yuxarı Əskipara kəndi təhvil verilməlidir. Həmçinin aşağı hissədə İcəvan, Sofulu və Bərxudarlı kəndləri də var ki, oralarda hazırlıq prosesi hələ başlamayıb. Hazırlıq yekunlaşdıqdan sonra bölgəni minalardan təmizləməyə başlayacaqlar. Bir sözlə, Azərbaycan Tavuşda istədiyini bir güllə belə atmadan rahatlıqla alacaq. Mən hələ yanvar ayında məlumat almışdım ki, aprelin 15-dən sonra demarkasiya prosesi başlayacaq”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında demarkasiya prosesi 2024-cü ilin aprel ayından başlayıb. Aprelin 23-də Tavuşda ilk sərhəd dirəyi quraşdırılıb. 2025-ci il yanvarın 16-da isə demarkasiya və delimitasiya komissiyaları prosesin Gürcüstan sərhədindən İrana qədər davam etdirilməsi barədə razılığa gəliblər.

Tarix
2025.04.03 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla