Yuxarı

250 min dolları batan müğənni prezidentə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankda 250 min dolları batan azərbaycanlı müğənni Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

Müğənni Lent.az-a daxil olan müraciətində bildirir ki, 2009-cu ildə prezident İlham Əliyevin ona Azərbaycan vətəndaşlığı verməsindən qürur duyur və bundan sonra ABŞ-dan Bakıya köçüb:

"Bakıya gələndə əlimdə olan 250000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmirəm".

Zurufçu yazır ki, daha öncə də bu məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət edib:

"Sizdən xahiş edirəm ki, mənim ulu öndər Heydər Əliyevə sadiq, Azərbaycan dövlətçiliyinə bağlı biri olaraq, məsələmə xüsusi diqqət göstərəsiniz. Öncədən təşəkkür edirəm".

Qeyd edək ki, Y.Zurufçunun "Röyal Bank"da pulunun batması barədə bu ilin mart ayında məlumat yayılmışdı.

Həmin vaxt "Royal Bank" ASC-nin ləğvedicisi olan "Azerbaijan İnternational Consultinq Company" MMC-nin direktoru Natiq Yusifoğlu APA-ya açıqlamasında bildirmişdi ki, adıçəkilən bank 2012-ci ilin avqust ayından iflas prosesindədir: "Yaqub Zurufçu əmanətinin müəyyən hissəsini alıb. Hazırda "Royal Bank"ın əmanətçilərinə əmanətləri tam qaytarmağa maddi vəsaiti yoxdur. Qanuna əsasən, tranşla vəsait yığıldıqca, əmanətçilər arasında bölüşdürülür. Ona görə də ləğvedici tərəfindən verilmiş kreditlər üzrə yığımlar toplanılır, toplandıqca da hər kəsin, eləcə də Yaqub Zurufçunun əmanətinin müəyyən hissəsi ödənilib. Müəyyən zaman daxilində bütün ödənişlər başa çatdırılacaq. Hələlik zamana ehtiyac var. Çünki vəsait yığıldıqca hissə-hissə qaytarılır. Qeyd olunan məbləğin hamısı ödəniləcək, lakin proses hissə-hissə həyata keçiriləcək".

Tarix
2016.06.01 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla