Yuxarı

Merkel “erməni soyqırımı” müzakirəsindən imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Merkel “erməni soyqırımı” müzakirəsindən imtina etdi

Almaniya Federal Məclisində "1915-1916-ci illərdə ermənilərin və digər xristian azlıqların soyqırıma məruz qalmasını xatırlama və anma" başlıqlı qanun layihəsinin müzakirəsinə 1 gün qalmış mühüm hadisə baş verib.

Axar.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və kanslerin birinci müavini, Sosial Demokrat Partiyasının sədri Siqmar Qabriel müzakirələrdə iştirakdan imtina ediblər.

Almaniya mediasında yayılan məlumata görə, Merkel sabah paytaxt Berlində təhsillə bağlı keçiriləcək bir tədbirə qatılacaq. Xarici İşlər naziri Frank-Valter Ştaynmayer isə uzun müddətdir planlaşdırılan Latın Amerikası səfərinə çıxacaq.

SPD sədri Siqmar Qabrile də Alman İnşaat Sənayesi Günü ilə bağlı bir tədbirə qatılacaq.

Bununla da Almaniya hökumətində yer alan 3 əsas şəxs qanun layihəsinin müzakirəsində iştirak etməyəcək.

Tarix
2016.06.01 / 16:04
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla