Yuxarı

Azərbaycandan Türkiyəyə dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan Türkiyəyə dəstək

Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hər bir zaman qondarma "erməni soyqırımı"nın tanıdılmasına qarşı birgə mübarizə aparıb:

"Biz dövlət olaraq da, diaspor təşkilatı olaraq da həmişə bu işin önündə olmuşuq. Dəfələrlə müxtəlif ölkələrdə bu məsələ qaldırılarkən Azərbaycan diaspor təşkilatları onun qarşısını alıblar. Almaniyada bu prosesin niyə getdiyini hələ analiz etmək lazımdır".

N.İbrahimov qeyd edib ki, Azərbaycan diasporu çox fəal şəkildə bu məsələnin əleyhinə hər yerdə səsini qaldıracaq: "Bir daha türk qardaşlarımızın yanında olduğumuzu göstərəcəyik. Bir millət, iki dövlət olaraq biz Türkiyənin problemlərini də bizim problemlər kimi qəbul edərək buna qarşı çıxacağıq".

Tarix
2016.06.02 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla