Yuxarı

ABŞ hərbçiləri Ermənistana gəldi: İrana zərbə planı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hərbçiləri Ermənistana gəldi: İrana zərbə planı?

Bu yaxınlarda ABŞ hərbi departamentinin əməkdaşları və hərbçilər də daxil olmaqla, amerikalıların böyük bir qrupu Ermənistana gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, səfərin məqsədi Ermənistan-Amerika hərbi əməkdaşlığı üzrə birgə proqramlar üzərində işləməkdir. Mənbə hansı proqramların müzakirə olunduğunu açıqlamayıb.

Nəşr məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Ermənistan MN-dən bildirilib ki, daim beynəlxalq əməkdaşlıq haqqında məlumat veririk: “Bu barədə əlavə məlumat verə bilmərik”.

Qeyd edək ki, bundan öncə ABŞ-ın təlim bəhanəsi ilə Almaniyadan 150-dən çox hərbi texnikanı və əsgərlərini Ermənistana köçürəcəyi haqda məlumat yayılmışdı. Bəzi media qurumları isə bu hərbi texnika və canlı qüvvənin sentyabra qədər Ermənistanda qalacağı və İrana qarşı mümkün əməliyyatda istifadə olunacağını bildirmişdi.

Xatırladaq ki, ABŞ-ın danışıqlar uğursuzluğa düçar olacağı təqdirdə İrana sentyabra qədər zərbə endirə biləcəyi iddia edilir.

Tarix
2025.04.08 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi

İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

Leyla Əliyevadan Albaniya səfəri ilə bağlı paylaşım - Video

Prezidentdən Sülh Şurasının iclası ilə bağlı paylaşım - Foto

İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etdi - Foto

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq

Sülh Şurasının qətnaməsi qəbul edildi

Tramp Sülh Şurasında iştirak edən liderlərlə görüşdü - Video

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla