Yuxarı

Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dörd ölkə lideri İlham Əliyevə məktub göndərdi

18:44

Albaniya Respublikasının Prezidenti Buyar Nişani Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulamaqdan şərəf duyuram.

Bu il martın 11-də Bakıda Zati-alinizlə görüşümüzü məmnunluqla xatırlayıram. Həmin görüşdə ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, onları daha da möhkəmləndirmək niyyətimizi vurğulamışdıq. Əminəm ki, Sizin Albaniyaya səfəriniz ikitərəfli əlaqələrimizdə yeni, daha əlamətdar bir mərhələnin əsasını qoyacaq.

Fürsətdən istifadə edərək, Azərbaycanın və şəxsən Sizin energetika sektorunda, eləcə də TAP boru kəməri layihəsində Albaniyaya göstərdiyiniz dəyərli dəstəyə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin", - təbrikdə deyilir.

***

Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjo Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının əbədi tərəqqisi üçün ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin", təbrikdə deyilir.

19:57

Sloveniya Respublikasının Prezidenti Borut Pahor, Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Susa da həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Tarix
2016.06.02 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla