Yuxarı

35 minlik məqalə: Nazirin rezonans doğuran açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlaması səs-küy yaradıb. Belə ki, nazir Azərbaycanda bəzi elmi qurumların illik büdcəsinin 1 milyon manat olduğunu, lakin onların il ərzində cəmi bir məqalə dərc etdiyini deyib. Nəticədə, ölkə üzrə bir elmi məqalənin ortalama 35 min manata başa gəldiyi bəlli olub.

Bu pullar hara gedir? Nazirlik niyə tədbir görmür?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, nazirin dediklərində 50 faiz həqiqət payı var:

“Son 3-4 ildə “Scopus” bazasında təxminən 3600-ə yaxın Azərbaycana aid məqalə nəşr olunub. Yəni müəyyən qədər də olsa, bu istiqamətdə işlər görülür. Çatışmayan tərəflə bağlı nazirə haqq qazandırıram. Bəzi elmi qurumların büdcəsi 1 milyon manat, hətta bəzən artıq təşkil edir. Lakin ildə bir məqalə dərc edə bilirlər, ya etmirlər. Görünür, formalaşan büdcə, sərfiyyat başqa istiqamətə yönləndirilir. Həmin maliyyənin hesabatı açıqlanmalıdır. Bunun olmaması bəzi qurumlarda araşdırmalara başlanılmasına vadar edir. Elm və Təhsil Nazirliyi, Hesablama Palatası yoxlama apara bilər. İstənilən halda, maliyyə itkisinin qarşısı alınmalıdır”.

Ekspert bildirib ki, son illər bəzi universitetlərin məqalələrini nüfuzlu təşkilatların hesabatında görürük:

“Amma 50-dən çox fəaliyyət göstərən ali təhsil müəssisələri arasında az sayda universitet adlarının yer alması ürəkaçan deyil. Elə təşkilatlar var ki, beynəlxalq və elmi əhəmiyyəti olmayan müəyyən tədbirlər, konfranslar keçirirlər və belə yerlərə formalaşan büdcədən pul ayırırlar. Nəticədə maliyyəni sağa-sola xərcləyirlər”.

Tarix
2025.04.09 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

Putin azərbaycanlı qəhrəmanı təltif etdi

Rəsmi Bakıdan TASS-a xəbərdarlıq: Üzr istəməsə...

Xankəndidə Ayvazovskinin büstünün sökülməsi… - XİN

Azərtac TASS-a xəbərdarlıq etdi

Azərbaycanla sülh uğrunda mübarizə aparırıq - Qusev

Azərbaycanla sülh olacaq - Xaçatryan

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

Azərbaycan və İran arasında gəmilərin hərəkəti bərpa olundu

Əlahiddə Ümumqoşun Orduda mərasim keçirildi - Video

Bakı və Tehran arasında vacib görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla