Yuxarı

TBMM-dən Bundestaqın qərarı ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) Almaniya Bundestaqının uydurma erməni soyqırımının tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.

APA-nın məlumatına görə, birgə bəyanatda deyilir: "Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb".

Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.

Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma erməni soyqırımının tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.

Tarix
2016.06.03 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla