Yuxarı

Diasporumuz erməni lobbisini iflic edib - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diasporu qısa müddətdə erməni lobbisinin fəaliyyətini tamamilə iflic edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Erməni lobbisinin dünyada 100 ildən artıqdır ki fəaliyyət göstərdiyini bildirən S.Novruzov əlavə edib ki, Azərbaycan diasporu Türkiyə diasporu ilə birlikdə fəaliyyət göstərir. Hər iki ölkənin diasporlarının birgə fəaliyyəti bundan sonra da davam etdirilməlidir və qarşıya qoyulan vəzifələr də yerinə yetirilməlidir: "Bütün Azərbaycanlılarının bir vətəni var. O da müstəqil Azərbaycandır. Bu dövlətin qorunması, möhkəmlənməsi hər bir azərbaycanlının, hər bir türkin borcudur ki, bunun müdafiə olunması üçün addımlar atsınlar".

Dünya Azərbaycanlarının IV Qurultayında Prezident İlham Əliyevin Azərbaycan diasporlarının fəaliyyətinə qiymət verərək gələcək üçün də fəaliyyət istiqamətlərini müəyyən etdiyini deyən S.Novruzovun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan diasporunu formalaşdırdı və Diasporla İş üzrə Dövlət Komitəsi yaradaraq ona geniş səlahiyyətlər də verdi.

Deputat qeyd edib ki, Ermənistan rəsmiləri cinayətkar hakimiyyətlərini qoruyub saxlamaq üçün yalanlar söyləyirlər: "Çünki bunlar hakimiyyətə qan üstündə gəliblər, Qarabağ kartından istifadə edərək hakimiyyətə gəliblər. Yəni bu cür insanlar ancaq yalan və iftira ilə məşğul ola bilərlər. Erməni tərəfi - prezidentindən tutmuş axırıncı vətəndaşına qədər - hər zaman təxribatla məşğul olur. NATO Parlament Assambleyasından qayıdan ermənilərdən biri erməni mətbuatına NATO PA-da baş verən hadisələr barədə deyil, tamamilə ayrı məlumat verib ki, guya Azərbaycan nümayəndə heyəti NATO PA-dan uzaqlaşdırıldı. Tamamilə yalan, iftiradır".

Tarix
2016.06.03 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla