Yuxarı

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Avropa Birliyi ilə münasibətlərdə Azərbaycan hər zaman qarşılıqlı hörmət əsasında formalaşan, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə uyğun, bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olub. Bu yanaşma həm AB ilə imzalanan sənədlərdə, həm diplomatik danışıqlarda, həm də parlamentlərarası münasibətlərdə gözlənilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov bildirib.

O deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra AB institutları bəzi Qərb dairələrinin hibrid təhdid alətinə çevrilərək, ölkəmizə qarşı istifadə olunmağa başlandı:

"Azərbaycana qarşı hibrid hücumlar əsasən iki mənbədən - AB və Fransa kimi ölkələrdən qaynaqlanır. Xüsusi araşdırmada müəyyən etdiyimiz kimi, demək olar ki, bütün antiazərbaycan addımların arxasında ermənipərəst mövqeyi ilə seçilən Jozep Borrell və birbaşa onun tapşırıqlarını həyata keçirən şəxslər dururdu. Digər tərəfdən isə Fransanın ermənipərəst siyasətçilərin fəaliyyətlərini qeyd etmək olar. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın qənaətinə görə, Azərbaycana qarşı hibrid hücumlarda istifadə olunan alətlərdən biri Avropa Parlamenti və digər AB ölkələrinin parlamentlərində aparılan antiazərbaycan debatlar, dinləmələr, hazırlanan qətnamə layihələri və ya qəbul edilən qətnamələrdirsə, digər vasitə Avropa Birliyinin Ermənistandakı missiyası vasitəsilə edilən həmlələrdir".

Deputatın sözlərinə görə, Avropa Parlamentinin qətnamələrində EUMA-ya tam dəstəyin verilməsi və Natali Luazo kimi üzvlərinin missiyanı sahədə “ziyarət” etməsi isə bu fəaliyyətlərin əlaqələndirilmiş formada aparıldığının bariz nümunəsidir:

"AB, xüsusən də Fransa regionda strateji hədəflərini həyata keçirmək və gündən-günə artan geosiyasi maraqlarını təmin etmək üçün gələcək illərdə EUMA-nı rəsmi şəkildə hərbi missiyaya çevirmək, burada hərbi mövcudluqlarını bərqərar etmək məqsədini qarşılarına qoyublar. Yeri gəlmişkən, AB-nin özünün, eləcə də NATO-nun hibrid təhdidlərlə bağlı verdiyi anlayışda bu cür fəaliyyətlər hibrid təhdid olaraq qəbul edilir".

Tarix
2025.04.24 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla