Yuxarı

Prezident bu mesajları verdi – Vahid Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında bir sıra mesajlar verdi.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat dövlət başçısının belə bir təşəbbüslə çıxış etməsinin səbəblərini açıqlayıb:

"Dövlət başçısının verdiyi mesajlar içərisində ən önəmlisi diaspor təşkilatları ilə səfirliklər arasında olan münasibətlər və xaricdə yaşayan azərbaycanlıların ölkəyə investisiya yatırımı ilə bağlı idi. Rusiya, Almaniya və Türkiyədə yaşayan iş adamları arasında çox güclü biznesmenlərimiz var. Təəssüf ki, onlar Azərbaycana investisiya qoymaqda o qədər də maraqlı deyillər. Ancaq dünyada qlobal maliyyə böhranı, müharibələr və siyasi böhran gedən bir dövrdə buna böyük ehtiyac var. Ona görə də ölkə rəhbəri belə bir təşəbbüslə çıxış etdi. Bu, tamamilə yerində olan bir çağırış idi. Çünki xaricdə yaşayan sahibkarlarımız Azərbaycanda, xüsusilə də qeyri-neft sektorunda biznes fəaliyyətində fəal iştirak edə bilərlər. Bu yöndə qarşıda müəyyən irəliləyişlərin olacağına inanıram. Çünki son vaxtlar ölkədə biznes fəaliyyəti üçün çox ciddi addımlar atılıb, münbit şərait yaradılıb".

V.Əhmədov bank sistemi ilə əlaqədar problemlərə də toxunub:

"Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi işləyir, artıq bu yöndə diaqnostika işləri başa çatdırılıb. Tezliklə müəyyən qərarlar veriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı xaricdə yaşayan zəngin soydaşlarımız və investorları Azərbaycana yatırım qoymağa çağırıb.

Tarix
2016.06.09 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla