Yuxarı

Qarabağda qiyam hazırlanır: Babayan qayıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samvel Babayanın nüfuzu Dağlıq Qarabağda qiyamla nəticələnə bilər.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.

Bildirilir ki, Ermənistan hakimiyyəti Qarabağın silahlı separatçılarının S.Babayanın tərəfinə keçəçəyindən narahatdır:

"Babayanın iyunun 5-də Xankəndinə səfərinin ardından, onun yenidən "müdafiə naziri" olmasını tələb edən insanların Bako Saakyanın evinə yürüş etməsi ciddi məsələlərdən xəbər verir. Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti artıq S.Babayanı açıq-aşkar dəstəkləyirlər. Hərbi hissələrdə baş verəcək qiyam ehtimalına qarşı bu günlərdə Qarabağa gedən Ohanyan son səfərdə hərbiçilərlə təhqiramiz ifadələrlə danışıb".

Ermənistan mətbuatında yer alan xəbərlərə görə, S.Babayanın hərbçilər arasında nüfuzu və əlaqələrindən istifadə edərək çevriliş edəcəyindən ehtiyat edən hakimiyyət hazırda onu Qarabağdan uzaqlaşdırmağın yollarını axtarır:

"Babayanın bir nömrəli müdafiəçisi və onun "müdafiə naziri" olmasını tələb edən Milli Dirçəliş Partiyasının rəhbəri H.Xanumyanın döyülərək səhnədən çıxarılması da buna hesablanıb. Bu günlərdə Dağlıq Qarabağda Babayanın iştirakı ilə ya mühüm dəyişikliklər olacaq, ya o, köhnə ittihamlarla həbs olunacaq, ya da ölkədən çıxarılacaq".

Qeyd edək ki, Samvel Babayan Xankəndində anadan olub. 80-ci illərin sonunda Ermənistanda başlayan "Miatsum" hərəkatının əsas iştirakçılarından biri olan Babayan sonradan Qarabağ müharibəsinə qatılıb. O, Şuşanın işğal edilməsi üçün hazırlanan əməliyyatın əsas müəlliflərindən biridir.

Babayan 1993-1999-cu illərdə Qarabağ separatçı rejimində "müdafiə naziri" vəzifəsini icra edib. 2004-cü ildə o, Qarabağdakı qondarma rejimin lideri Arkadi Qukasyana qarşı sui-qəsd təşkilində günahlandırılaraq həbs edilib. Sonradan azadlığa çıxan Babayan özünə partiya yaratsa da, heç bir uğur əldə edə bilməyib. Həddən artıq borcu olması onu ölkədən qaçmağa vadar edib. Babayan bir müddət öncə Rusiyadan İrəvana qayıdıb.

Tarix
2016.06.09 / 10:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla