Yuxarı

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı barədə məlumat yaymışdıq. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, İcra Hakimiyyəti məhkəmə qərarını icra etməyib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı "Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev Publika.az-a açıqlama verib.

O bildirib ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsi "Star City Construction" MMC-nin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı bir şirkətə də ayrılıb:

“Məsələ ilə bağlı Nərimanov Rayon və Bakı Şəhər İcra hakimiyyətlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə çoxsaylı rəsmi müraciətlər edilib. Lakin uzun müddət heç bir rəsmi cavab verilməyib. Biz dəfələrlə təklif etmişik ki, sərəncamda göstərilmiş torpaq sahəsinin verilməsi hazırda mümkün deyilsə, rayonun ərazisində istənilən yerdə, hətta yararsız, zibillik olan ərazidə belə bizim 4,44 ha torpaq sahəmiz verilsin və biz orada binalar inşa edək.

Biz bir sahibkar, iş adamı olaraq, yaşadığımız şəhəri abadlaşdırmaq, gözəlləşdirmək, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaq, ölkəmizə, yaşadığımız şəhərə töhfə vermək məqsədi ilə xarici sərmayədarları cəlb etmişik. Ölkəyə külli miqdarda sərmayə gətirməklə, tərəfimizdən də xeyli vəsait xərcləməklə layihəni uğurla başa vurmağı planlaşdırdığımız halda, Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən aldadılmışıq”.

Hüquqşünas şirkətin hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayıb:

“Hazırda bizə heç bir yeni yer təklif edilmir. Hətta həmin torpağın adı çəkilən şirkətə ayrılmamış yerdə qalan hissəsi də verilmir. Hər hansı şərait yaradılmır. Bizə sərəncamla ayrılan ərazidə başqa tikinti şirkəti işlər aparır. Rayon rəhbərliyi tərəfindən yol verilmiş kobud, ciddi səhv düzəldilmir. Dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına etdiyimiz rəsmi, yazılı müraciətlər belə cavablandırılmır.

Məhkəmənin qanuni qüvvəsini almış qərarı icra edilmir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar belə yerinə yetirilmir. Bizi məcbur edirlər ki, ölkəmizdən kənarda, beynəlxalq təşkilatlarda, Avropa İnsan Hüquqları Məhkəməsində, digər orqanlarda hüquqlarımızın bərpa edilməsini tələb edək. Halbuki biz istəmirik ki, ölkəmizin adı bizim tərəfimizdən belə neqativ məsələlərdə hallansın. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarını icra etməyən bir məmurun özbaşınalığına görə bütün ölkəmizin adı ləkələnsin”.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, həmçinin sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilmədi.

Tarix
2025.05.02 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla