Yuxarı

Tofiq Yaqublu düz etdi, vəziyyəti o həddə çatdırmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması barədə məlumatı çox yaxşı qarşıladım.

Axar.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa, o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla və qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm, Prezident də bunu nəzərə alar və onu əfv edər.

Biz ƏHD Partiyası olaraq dəfələrlə bəyan etmişik ki, insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan (onların haqlı olub-olmamasından asılı olmayaraq), şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, biz bunu düzgün qərar hesab edərdik. Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcək”, - o bildirib.

Tarix
2025.05.10 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Makron Kiyevdə Ukraynanı ələ saldı…

Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla