Yuxarı

Makron Kiyevdə Ukraynanı ələ saldı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Kiyevdə Ukraynanı ələ saldı…

Fransa Prezidenti Emmanuel Makron bu gün deyib: “Rusiya atəşkəsi pozarsa, ona qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək ki, bu da Rusiya iqtisadiyyatı üçün daha sərt olacaq və müəyyən mənada çəkindirici təsir göstərəcək”. Müharibənin, Rusiyanın Ukraynaya təcavüzünün, Kremlin Ukrayna kənd, qəsəbə və şəhərlərinin viran qoymasının 4-cü ili gedir, Makron Qərbin adından yeni sanksiyalardan danışır…

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi, ReAL sədri Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Makronun bu sözləri bu ciddi suallar yaradır:

“1. Əgər əlinizdə Rusiya iqtisadiyyatını ciddi şəkildə çökdürə biləcək, daha sərt təsir yaradacaq sanksiyalar varsa, niyə 3 ildir tətbiq etmirdiniz?

2. Rusiyanı çəkindirəcək addımlarınızı niyə bu günə qədər atmırdınız, dolamısınız Ukraynanı?

3. 2022-ci ildən sanksiyaların işlək olmadığını-olmayacağını deyən şəxslər olub, az da olsa, beynəlxalq mediada belə yazılar gedib, şəxsən mənim onlarla yazım, müsahibəm olub, xarici tədbirlərdə yüksək vəzifəli avropalılara bu haqda dəfələrlə danışmışam – bəs niyə “sağlam düşüncəni” qulaqardına vurub, məsələn, Ermənistanın Rusiyaya sanksiyalardan yan keçmək üçün son 3 ildə 25 mlrd. dollara yaxın kömək göstərdiyini görməzdən gəlirdiniz, hətta Ermənistana “qərbpərəst” deyirdiniz?

Suallar çoxdur, Qərbin Ukrayna xalqının qarşısında günahı onillər də keçsə, yaddan çıxmayacaq. Rusiya ilə məsələ aydındır – Ukrayna xalqı rusları heç vaxt bağışlamayacaq. Qərb Rusiyanın strateji məğlubiyyətində 1 dəqiqə belə maraqlı olmayıb, sadəcə, Ukraynanı “Şərq divarı” kimi görərək, iki qohum xalqı bir-birinə qırdırmaqla məşğul olub. 2022-23-cü illərdə dürüst davranıb əsl sanksiyalar qoysaydılar, Ukraynaya yetərincə silah-sursat versəydilər, indi tamam başqa bir mənzərənin şahidi olardıq”.

Tarix
2025.05.10 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla