Yuxarı

Putin Qarabağ təşəbbüsünü tam ələ alır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışıqların Rusiya tərəfindən keçirilməsi Qarabağ təşəbbüsünü Qərbin əlindən almaq üçündür. Görünür, Moskva Qarabağ siyasi prosesi üzrə təşəbbüsü əldən vermək istəmir.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə danışıb. Ekspert Sankt-Peterburq görüşünü şərh etməzdən öncə çox mühüm siyasi detalları açıqlayıb:

"Bir müddət öncə Rusiya prezidentinin İrəvana, daha sonra isə Bakıya səfəri və bu kontekstdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Moskvanın təkliflərinin müzakirəsi ilə bağlı yayılan məlumatlar, əslində, çox şeydən xəbər verir. Hadisələr göstərir ki, Vyana prosesi vəziyyəti xeyli dəyişib və nəticədə Putin bu planı nəinki təxirə salıb, hətta əsaslı dəyişiklik edib. Çox güman ki, Sankt-Peterburq görüşü də məhz bu köklü dəyişikliyin nəticəsidir. Danışıqların Rusiya tərəfindən keçirilməsi Qərbin əlindən Qarabağ təşəbbüsünü almaq üçündür. Bu, o deməkdir ki, Moskva Qarabağ siyasi prosesi üzrə təşəbbüsü əlindən vermək istəmir. Çox güman ki, Rusiya mərhələli həll planının üzərində dayanacaq. Yəni rayonların bir qisminin qaytarılması ilə digər məsələlərin müzakirəsi bu plan daxilindədir. Görüşün nə dərəcədə məhsuldar olacağını hadisələrin gedişatı göstərəcək".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.

Tarix
2016.06.12 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla