Yuxarı

Bakının Moskvadan Qarabağ tələbi: Vaxt daralır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputatın fikrincə, Rusiya öz siyasətindən istifadə edərək Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa və rayonlarımızın azad edilməsinə məcbur etməlidir:

"Bu, sülh istiqamətində ən ciddi addım ola, əsas danışıqlar prosesinə təkan verə bilər. Hazırda isə Ermənistan heç bir beynəlxalq təşkilat tərəfindən təzyiqlə üzləşmədiyindən danışıqlarda ciddi addımlar atmır. Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin tezliklə həllində məsuliyyət daşıyır. Azərbaycanın istəyi beynəlxalq hüquq normalarının bərqərar olmasıdır. Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək. Rusiya bu görüşü təşkil etməklə belə bir təşəbbüsü üzərinə götürürsə, deməli, mütləq uğurlu bir nəticə olmalıdır. Putin ilk növbədə məhz BMT-nin qətnamələrinin icrasını ortaya qoymalıdır. Söhbət 5 yox, işğal altında olan 7 rayonun qaytarılmasından gedir. Vaxt daralır, Ermənistan bu qərarları icra etməsə, bölgədə çox ciddi problemlər yarana bilər".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə üçtərəfli görüşün iyunun sonlarında baş tutacağı gözlənilir.

Tarix
2016.06.12 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla