Yuxarı

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər - Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir. Şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2025.05.14 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ombudsmanı Baş Prokurorluğa müraciət etdi

Kallas Bakı-İrəvan münasibətlərindən danışdı

Yekaterinburq olayı: Bunu Bakıya izah etmək üçün... - Kreml

Kreml Bakının bu qərarından təəssüflənir

Yekaterinburq olayı: Putin və Əliyev müzakirə aparacaq?

Rusiyadan Yekaterinburq olayı ilə bağlı açıqlama

Mirzoyan: Sülh sazişinin yeri və tarixi...

Yekaterinburqda Səfərov məhkəmədə yalan dedi - Video

Azərbaycan ərazisindən İrana hücum... - Bəqai

Zatulindən etiraf: Qarabağ bitdi, Bakıya təsir də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla