Yuxarı

ANAMA cəbhədə əməliyyatı davam etdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA cəbhədə əməliyyatı davam etdirir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən iyunun 13-də Füzuli, Ağdam və Tərtər rayonlarında 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 12 partlayış yerinə baxış keçirilib.

Axar.az Agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı Tərtər və Ağdamda 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 2 ədəd 23 mm-lik zenit mərmisi) və 2 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq götürülüb.

Gün ərzində 37 750 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 13 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 598 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 526 ədəd partlamamış hərbi sursat, 13 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.06.13 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla