Yuxarı

Polis gücləndirilmiş iş rejiminə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan Formula-1 üzrə Avropa Qran-prisi yarışı ərəfəsində və dövründə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Əmrdə həmçinin qeyd olunur ki, bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

Tarix
2016.06.16 / 12:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla