Yuxarı

Analitik Türkiyə-PKK razılaşmasının sirrini açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Analitik Türkiyə-PKK razılaşmasının sirrini açdı

Türkiyənin indiyə qədər haqlı olaraq terror qruplaşmaları kimi qəbul etdiyi və faktiki olaraq müharibə apardığı PYD və YPG ilə iş birliyinə bu şəkildə getməsi inandırıcı deyil.

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu açıqlama verib. O, Türkiyə ilə PKK arasında Fərat çayının qərbinin YPG-yə verilməsi barədə razılıq məsələsinə aydınlıq gətirib:

"ABŞ uzun müddətdir ki, belə bir razılaşmanın əldə edilməsi üçün var qüvvəsi ilə çalışır. Bir ay bundan əvvəl Kilislə bağlı da belə bir məsələ gündəmdə idi. Lakin hazırkı dönəmdə iddia edilən razılaşmaya tam nail olunduğunu güman etmək yanlış olardı. Çünki həmin ərazilər Türkiyənin maraq dairəsindədir və güzəştə getmək limiti olsaydı, bu, çoxdan edilərdi. Qərb dəfələrlə İŞİD faktoruyla bağlı Türkiyəni PYD ilə iş birliyinə dəvət edib. Lakin rəsmi Anklara bu iki təşkilat arasında mahiyyətcə heç bir fərq görmədiyini bəyan edib. Digər tərəfdən, AKP-nin belə bir razılaşmaya getməsi daxildəki siyasi durumu onun əleyhinə çevirə bilər. Bu səbəbdən Türkiyənin indiyə qədər haqlı olaraq terror qruplaşmaları kimi qəbul etdiyi və faktiki olaraq müharibə apardığı PYD və ya YPG ilə iş birliyinə bu şəkildə getməsi heç inandırıcı deyil".

V.Zifəroğlunun fikrincə, əldə edilən razılaşma Suriya Demokratik Qüvvələrinin (SDQ) elan etdiyindən daha fərqli çalar da daşıya bilər:

"Yəni razılaşma PKK-nın Türkiyənin cənub-şərq bölgəsindən tamamilə çıxması və Türkiyə ərazilərində terrorun dayandırılması qarşılığında rəsmi Ankaranın Suriyada kürd separatçı qruplaşmalarına zərbələr endirməyi dayandırması fonunda ola bilər. Bu isə heç də həmin ərazilərin YPG-yə verilməsi anlamını ifadə etmir. Eyni zamanda, Ankaranın Əsəd rejiminə bundan sonra daha loyal yanaşma sərgiləməsi müddəası da ola bilər ki, bu da İŞİD faktorundan dolayı ABŞ-ın maraqlarına cavab verir".

Qeyd edək ki, bir müddət öncə Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə ilə PKK arasında Fərat çayının qərbinin YPG-yə verilməsi barədə razılıq əldə edildiyini iddia edib. İddiada bu razılığın əldə edilməsində ABŞ-ın vasitəçilik etdiyi vurğulanır və razılaşmaya görə, PKK da öz növbəsində Cənub-şərqi Anadoludan geri çəkilir.

Tarix
2016.06.17 / 09:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İranı satmaqda ittiham olunan Qaani danışdı

Ermənistana dizel yanacağı və 135 ton gübrə yola salındı

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş imicinə malikdir

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla