Yuxarı

Yekaterinqburq hadisəsinin detalları açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiyanın Yekaterinqburq şəhərində 9 mənzilə basqın olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, iyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 9 mənzilə basqın edib, evlərdən müəyyən əşyaları götürüb, vətəndaşlara işgəncə verib.

Nəticədə üç azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları və onların əmisi oğlu Kamal Səfərov qətlə yetirilib.

Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir.

Mənbənin məlumatına görə, FSB orada yaşayan azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlir.

“Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, sabah, iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək, birinci gün mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi - Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib” - mənbə bildirib.

Hadisənin səbəbi 24 il əvvəl baş vermis qətllə əlaqləndirilirilib.

Mənbənin bildirdiyinə görə, bu şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra, məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır.

Xəsarət alanlardan üç nəfər travmatologiya xəstəxanasındadır.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, 2001-ci ildə həmin kafedə öldürülən şəxs də Ağdam rayonundan olan azərbaycanlıymış.

"Hərbi And" qəzetinin baş redaktoru, Səfərov qardaşlarının yaxın dostu Emin Həsənli bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşları 35 ilə yaxındır Rusiyada yaşayırdı:

"Onlar həm də Azərbaycan diasporunun aktiv üzvü idilər. Vətən müharibəsində ölkəmizə aktiv şəkildə dəstək olurdular. Haqq səsimizi Rusiyaya çatdırmağa çalışırdılar. Bundan başqa, ölkəmizdən Rusiyaya gedən şəxslərə iş tapmaqda yardım edirdilər. Hamısı savadlı, mədəni insanlardı. Hazırda həbsdə olan Bakir Səfərov rus dili müəllimidi. Ziyəddinin 55, Hüseynin isə 60 yaşı vardı. Ağdamın Mərzili kəndində anadan olublar".

Emin Həsənli bildirib ki, onların evlərinə basqından dünən xəbər tutub: "Heç bir xəbərdarlıq olmadan evlərə basqın ediblər. Telefonlarını yığıblar. Bakir həmin qüvvələrdən sənəd tələb etsə də, buna məhəl qoymayıblar. Bu, ailəyə yox, Azərbaycan diasporuna qarşı hücumdur".

Emin Həsənli deyib ki, bəzi rəqəmlərə görə, həbs olunanların sayı 70-dən çoxdur: "Rusiya mediası yazır ki, guya Hüseynin və Ziyəddinin ürəyi xəstə imiş. Tamamilə yalandır. Daha sonra bildirirlər ki, guya Azərbaycan diasporu arasında konflikt olub, bu da yalandır".

Emin Həsənli qeyd edib ki, qətlə yetirilən qardaşlardan biri kafe işlədir, digəri isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş: "Ziyəddinin və Hüseynin hərəsinin 2 oğlu var. Ziyəddinin oğlu hüquqşünasıdır. Hazırda özü də bu işlə maraqlanır. Digərləri də ali təhsillidir".

Baş redaktorun sözlərinə görə, hazırda meyitlərin təhvil alınması, Azərbaycana gətirilməsi yönündə iş gedir.

Tarix
2025.06.28 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor

AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə edildi

Azərbaycanlılara hücum: Volokovıx XİN-ə çağırıldı

Novosibirsk bazarında həbs olunan azərbaycanlılar - Video

İran səfirinin iddialarını rədd edirik - XİN

Azərbaycanlılara hücum: Rusiyanın iki qurumu məlumat yaydı

Rəsmi Bakıdan Rusiyaya tələb: azərbaycanlıların qətli...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla