Yuxarı

Prezidentdən İrəvana ismarış: "Diqqətlə oxusun!"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi Helsinki Yekun Aktını diqqətlə oxusun. Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olduqdan sonra hərbçilərlə görüşü zamanı bildirib.

Axar.az xəbər verir ki, Dövlət başçısı Dağlıq Qarabağın statusu ilə bağlı qeyd edib ki, bu, sonranın işidir: "Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, həm 2008-ci ildə Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin imzaladıqları sənəddə, - ona "Mayn Dorf" bəyannaməsi deyirlər, - həm də bu ay Sankt-Peterburqda qəbul edilmiş bəyanatda Helsinki Yekun Aktına istinad edilir. Ermənistan tərəfi getsin Helsinki Yekun Aktını diqqətlə oxusun. Orada prinsiplər açıq-aydın göstərilir və ərazi bütövlüyü prinsipi üstünlük təşkil edir. Düzdür, orada xalqların öz müqəddəratını müəyyənetmə prinsipi də var. Amma birincisi, erməni xalqı öz müqəddəratını müəyyən edib, onların Ermənistan dövləti var. Baxmayaraq ki, o dövlət də tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. İkincisi, xalqların müqəddəratını təyinetmə, müəyyənetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu, beynəlxalq prinsiplərdir və hər bir ölkə buna riayət etməlidir".

Tarix
2016.06.26 / 02:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla