Yuxarı

Yıldırım Rusiyaya görə Əliyevə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Rusiya ilə normallaşma prosesi başladı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım parlamentdə çıxışında deyib.

O, Rusiya ilə münasibətlərin normallaşmasında Qazaxıstan və Azərbaycan liderlərinin çox çalışdığını bildirib:

"Bu günlər ərzində Rusiya ilə münasibətləri normallaşdırma istiqamətində önəmli hadisələr baş verdi. Həm iqtisadi, həm də mədəni əlaqələrimizin bərpası üçün çox çalışdıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasında buzların əridiyini göstərir. Rusiya ilə normallaşma prosesinin başladığını deyə bilərəm. İşlərin bu mərhələyə gəlməsi üçün qardaşlarımız - Qazaxıstan və Azərbaycan liderləri çox çalışdı. Bu məsələdə onlara təşəkkür edirik. Artıq dostlarımızı artırıb, düşmənlərimizi azaldacağıq".

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. Ərdoğan məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.

Tarix
2016.06.28 / 13:01
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla