Yuxarı

Türkiyə Qərbə göstərdi ki, məhz Rusiya…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region ölkələri Moskva və Ankara arasındakı yaxınlaşmanı öz proseslərində hiss edə biləcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Türkiyə-Rusiya münasibətlərinin əvvəlki nizama qayıdacağını deyib:

"Barışıq üçün zəmin hazır idi, hətta Ankara bu addımı bir qədər ləng atdı. Sirr deyil ki, hər iki ölkənin lideri gərginlik zolağı başladıqda bir qədər dözümlülük göstərirdi ki, qarşı tərəfi birinci addım atmağa vadar etsin. Moskvanın təxminləri özünü doğrultdu. Lakin bu məsələdə Ankaranın Qərblə münasibətlərindəki gərginlik də rol oynadı. Brüssel və Berlin, hətta başqa paytaxtlar da Türkiyəni tənbeh etməyə cəhdlər göstərib, ona bir növ qırmızı vərəqə göstərə biləcəklərini işarə etdilər. Türkiyə isə Qərbə anlatdı ki, alternativ variant mövcuddur və məhz Moskva ilə münasibətləri bərpa etmək onun geosiyasi meydandakı geriləməsinin qarşısını alacaq".

T.Abbasovun sözlərinə görə, Ankara ilk növbədə rusiyalıların kurort mövsümündə əsas dalğasını özünə tərəf yönəltməyə çalışacaq:

"Digər tərəfdən iri infrastruktur və investisiya layihələrinin işlənməsinə təkan veriləcək. Bu, hər iki tərəfin maraqlarına uyğundur. Eləcə də bölgə dövlətləri bu yaxınlaşmadan rasional pay götürə biləcəklər. Çünki iki iri dövlətə həm Avrasiya məkanında, həm də qlobal meydanda proseslərin tənzimlənməsinə pay verirlər. İki ölkə arasındakı normallaşma ümumi gərginliyin azalmasına, dondurulmuş münaqişlərin həlli prosesinə öz müsbət təsirini göstərəcək".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib.

Tarix
2016.06.29 / 09:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla