Yuxarı

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla təbii qaz təchizatı imkanlarını müzakirə etdiyini bildirib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində məlumat verib.

Qaluşenkonun sözlərinə görə, Azərbaycan Avropanın əsas enerji resursu tədarükçülərindən biridir və bu səbəbdən də tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini gündəmə gətiriblər.

“Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür”, - Ukrayna energetika naziri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan qazının Ukraynaya tədarükü məsələsi Avropanın enerji təchizatının şaxələndirilməsi strategiyası çərçivəsində nəzərdən keçirilib.

Tarix
2025.07.13 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla