Yuxarı

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

19:10

İmişli rayonunda yanğın baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınıb.

Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

İmişlidə tamet sexində və kol-kos sahədə baş verən yanğın tam söndürülüb.

Məlumata görə, İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6, həmçinin Saatlı və Beyləqan Rayon Dövlət Yanğından Mühafizə hissələrindən hərəsindən 1 texnika və canlı qüvvələri alovun qarşısını alıb.

İlkin məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 482 kvadratmetr olan sexin 450 kvadratmetri hissəsi və 10 hektar sahədə kol-kos ərazi yanıb.

Tarix
2026.06.03 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla