Yuxarı

Bərdədə ağır qəza: Sürücü yaralandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Bərdə-Ağdam yolunda baş verib. 1973-cü il təvəllüdlü Feruz Əliyev idarə etdiyi VAZ-2109 markalı 10 CO 161 dövlət nömrə nişanlı maşınla, qarşı tərəfdən gələn 1981-ci il təvəllüdlü Adığızəlov Əlövsət Ələkbər oğlunun idarə etdiyi “Ford” markalı 99 EN 448 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, VAZ-2109 markalı avtomobilin sürücüsü içkili olub və “Ford” markalı avtomobilin hərəkət zolağına çıxıb.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, F. Əliyevin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.12.03 / 21:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla