Yuxarı

Şamaxıda sel dəhşəti: Bir kəndlə əlaqə kəsildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışı fəsadlar törədib.

Report-un xəbərinə görə, nəticədə Pirsaat çayında suyun səviyyəsi qalxıb və rayonun Talışnuru dağ kəndi ilə gediş-gəliş kəsilib.

Bundan əlavə, dağlardan gələn sel suları kəndin daxilində olan 2 körpünü uçurub. Çayın sahilində yerləşən evləri su basıb. Uçulan körpüdən istifadə edərək çayın o tayındakı məktəbə gedən şagirdlərin işi çətinləşib. Sel torpaq axınını da aktivləşdirib. Dağdan axan torpaq bir evin üzərinə tökülüb.

Kənd sakinləri "Report"a bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.

Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır.

Tarix
2017.05.24 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla