Yuxarı

Əczaçı qadını oğlu öldürüb? – Müəmmalı qətl

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində əczaçı işləyən Kəmalə Məhərrəmovanın meyiti tapılıb.

Report-un məlumatına görə, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovanın qətlini oğlu Nail Məhərrəmovun törətdiyi barədə ehtimallar var.

Meyit təqribən axşam saat 20:00 radələrində Şah İsmayıl Xətai küçəsi 10, mənzil 3-də meyiti tapıblar. Hadisə yerinə şəhər Polis şöbəsinin əməkdaşları, təhqiqatçı və kriminalistlər cəlb olunub. Mənzildə araşdırma və təhqiqat işləri aparıldıqdan sonra meyit "təcili tibbi yardım" maşını ilə tibbi ekspertiza laboratoriyasına aparılıb. Mərhumun ailə üzvləri və yaxınlarının mənzilə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Əldə edilən məlumata görə, müəmmalı şəkildə ölü vəziyyətdə aşkar edilən Kəmalə Məhərrəmova uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir. Ümumiyyətlə ailədə elə bir ciddi problemin yaşanmadığı qeyd olunur.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Tarix
2017.05.27 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla