Yuxarı

Aprel qəhrəmanlarının şücaətləri rəsm əsərlərində - Layihə

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsinə başlayır.

JEM-dən Kult.az-a verilən məlumata görə, iyulun 17-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında layihənin təqdimatı keçirilib.

İncəsənət ocağının rəhbərliyi, rəsm müəllimləri və yeniyetmə rəssamlarla görüşən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, onun rəhbərliyi ilə iyul-noyabr aylarında davam edəcək layihəyə rəsm dərnəyində təhsil alan yeniyetmələr cəlb olunacaq.

Rəssamlar 2016-ci ilin Aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonda muzeyə hədiyyə olunacaq.

Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlanacaqlar.

Layihəyə maliyyə dəstəyi verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, əməli yardım göstərən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivinə və direktoru əməkdar incəsənət xadimi Dilarə Əliyevaya, informasiya yayan KİV nüməyəndələrinə minnətdarlığını bildirən JEM sədri işğaldakı ərazilərimizin xalqın birliyi nəticəsində mütləq azad olunacağını vurğulayıb.

Filarmoniyanın direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına yönələn layihəyə cəlb edilməsindən məmnun qaldıqlarını deyərək, dərnək üzvlərinin bu işi yüksək səviyyədə həyata keçirəcəklərinə inandığını dilə gətirib.

Direktor müavini Samirə Əmiraslanova da qeyd edib ki, qəhrəmanlığın təbliğatı cəmiyyətin sağlam inkişafında böyük rol oynayır. Onun fikrincə, gənc nəslin bu həqiqəti indidən dərk etməsi vacibdir.

Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlı layihənin məsuliyyətindən və eyni zamanda iştirakçılara qürur hissi yaşadacağından söz açıb. Dərnək rəhbəri Aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevi xatırlayaraq, uşaqlar arasında gələcəkdə onun yaradıcılıq yolunu davam etdirəcək istedadlıların olduğunu söyləyib.

Müəllimlər - Günay Qarayeva və Gürşad Quliyeva təlim keçdikləri şagirdlərinin yaradıcılıq imkanlarına güvəndiklərini, çəkiləcək obrazların qəhrəman şəhidlərimizin adlarına layiq olacaqlarına əminlik ifadə ediblər.

Şagirdlərdən Gövhər İsmayılova, Hüseyn İbrahimov, Ofeliya İbrahimova

şəhid qəhrəmanların obrazlarını yaratmağa hazır olduqlarını diqqətə çatdırıblar.

Sonda yeniyetmə rəssamlara tanınmış jurnalist Aida Eyvazlının Aprel döyüşləri şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabı paylanıb. Bu kitab qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün yaxşı əyani vəsaitdir.

Tarix
2017.07.18 / 16:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla