Yuxarı

Yay məktəbi başa çatdı: Kamal Abdulla açıqladı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yay məktəbi başa çatdı: Kamal Abdulla açıqladı - Foto

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 5-ci Beynəlxalq multikulturalizm yay məktəbinin uğurla başa çatmasına dair yekun mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə BBMM Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla çıxış edib.

Kamal Abdulla bildirib ki, mərkəz Prezident İlham Əliyevin qarşısında məqsəd qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması və təbliği ilə bağlı əhəmiyyətli layihələr həyata keçirir.

Şura sədri BBMM, YUNESKO, "Erasmus+" , "ALADDİN" layihəsi və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə 24-30 iyul tarixlərində keçirilən yay məktəbinin uğurla başa çatdığını bildirib.

"ALADDİN" layihəsinin icraçı direktoru Abe Radkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu istiqamətdəki dəstəyindən dolayı təşəkkürünü bildirərək Azərbaycanın çox unikal ölkə olduğunu bildirib, multikulturalizm sahəsindəki balanslı siyasətini yüksək qiymətləndirib.

Kamal Abdulla bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən universitetlərdə təhsil alan 60-dan artıq tələbənin iştirakı ilə 5-ci Beynəlxalq Multikulturalizm Məktəbinin Bakı şəhəri ilə yanaşı Şəki, İsmayıllı, Qəbələ və Qax rayonlarını əhatə etdiyini qeyd edib.

Kamal Abdulla və Abe Radkin sonda jurnalistlərin suallarını cavablandırıb.

Tarix
2017.07.30 / 22:06
Müəllif
Büllurə, Nərmin
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla