Yuxarı

Azərbaycanlı skripkaçı Londonda - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert proqramı ilə çıxış edib.

Report-un məlumatına görə, konsert Londonun mərkəzi küçələrinin birində yerləşən Müqəddəs Ceyms kilsəsində keçirilib.

Kral Musiqi Akademiyasının məzunu Nəzrin Rəşidovanın pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən ibarət musiqi proqramı ingilis melomanlarının alqışları ilə qarşılanıb.

Azərbaycanlı musiqiçi üçün Britaniyalı bəstəkar Pol Levis tərəfindən bəstələnmiş "Üç Valentin" əsərini həmvətənlimiz böyük ustalıqla ifa edib. Konsert zamanı Nəzrin Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə (Émile Sauret 1852–1920) mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layıq görülüb.

Bundan əvvəl N.Rəşidova dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşada konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.

Tarix
2017.08.10 / 00:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla