Yuxarı

Canlı aləmdəki genetik dəyişikliyin səbəbi açıqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mutasiya bir orqanizmin genotipində (genetik informasiyasında) hasil olan, görünüşünə görə ani olaraq və sıçrayışla meydana gələn dəyişiklikdir. Mutasiyalar əsasən xarici fiziki və ya kimyəvi təsirlər, nadir hallarda isə bizə məlum olmayan daxili səbəblər nəticəsində meydana gəlir.

Mutasiya hadisələrinə aid misallara son vaxtlar mətbuatda və sosial şəbəkələrdə tez-tez rast gəlirik. Texnologiyanın inkişafı sayəsində müxtəlif ərazilərdə rast gəlinən qeyri-adi görünüşlü heyvanlar, bitkilər internetdə sürətlə yayılır və geniş auditoriya qazanır.

Son illərdə tez-tez rast gəldiyimiz genetik, bioloji dəyişikliklərə təsir edən amillər nələrdir?

Məsələ ilə bağlı Şərq.az-a danışan AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov ətraf aləmdəki radioaktiv amillər, xarici təsirlər hesabına heyvanlarda və bitkilərdə fərqli formalar, genetik dəyişikliklər baş verdiyini deyib.

O bildirib ki, radioaktiv mədənlərin təbiətə buraxdığı tullantılar, çirklənmələr canlılara təsir edir:

"Çox zaman genetik dəyişiklik baş verir və stereotip cəhətdən üzə çıxır. Ev heyvanlarında da bunlara rast gəlirik. Məsələn, bəzən qoyunlarda qısa ayaqlılıq, orqanların azlığı və ya çoxluğu, qeyri-adi formalar özünü göstərir. Bu kimi mutasiya halları ətraf mühitlə əlaqədardır”.

Bitkilərdə, istifadə etdiyimiz heyvanlardan alınan məhsullara da belə təsirlərin olduğunu diqqətə çatdıran S.Əhmədovun sözlərinə görə, hətta insanlara da bu dəyişikliklər müşahidə oluna bilər:

"Biz geni dəyişdirilmiş qidalardan, süni məhsullardan da kifayət qədər çox istifadə edirik. Mutasiya hallarına insanlarda da rast gəlinə bilər. Təəssüf ki, cəmiyyətdə mutasiyaya məruz qalan və ya bununla doğulan insanlara eybəcər, anormal kimi baxılır.

Genetik dəyişikliklərin baş verməsinə qidaların tərkibində olan maddələr də təsir edir. Məsələn, heyvanlar üzərində eksperiment aparıldıqda, fərqli qidaların fərqli quruluş, fəsadlar törətdiyi məlum olub. Pişik daim ətlə qidalanarsa, bağırsağı qısa olur. Amma pişiyi otla qidalandırsaq, onun bağırsaq sistemi uzun olar. Beləliklə, aydın olur ki, mutasiya hallarının baş verməsində qida faktoru, ətraf mühitin radiasiya təsirlərinə məruz qalması və s. amillər rol oynayır”.

Tarix
2017.08.11 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla