Yuxarı

Jurnalist olmaq istəyənlərə müjdə - Tələsin

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinə start verilib.

BDU-nun mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, layihə çərçivəsində həyata keçiriləcək 10 təlimdə beynəlxalq jurnalistikaya həvəs göstərən tələbələr müxtəlif sahələr üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Məktəbin dərslərini beynəlxalq jurnalistika sahəsində nəzəri və təcrübi biliklərə malik yerli və xarici təlimçilər aparacaq.

“Beynəlxalq Jurnalistika Məktəbi”nin məzunu olmaq istəyənlər bu linkdən qeydiyyatdan keçə bilər. Müraciət üçün son tarix 15 dekabrdır.

Qeyd edək ki, 10 təlimin hamısında iştirak edən məzunlar sertifikat alacaqlar. Layihənin rəhbərləri - Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu, Beynəlxalq jurnalistika kafedrasının dosentləri - Pərvanə İbrahimova, Vəfa Aslan, koordinatorları isə həmin kafedranın doktorantı Nərminə Əsədova və magistrı Nurlan Ağadır. Layihəyə təşkilati dəstəyi Beynəlxalq jurnalistika kafedrası və Tədris-teleradio studiyası verir.

Tarix
2017.12.08 / 16:26
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla