Yuxarı

Keçmiş rektora hökm oxundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Report-un məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarına əsasən, R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının rektoru olub. Ancaq 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial ləğv edilib. Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2018.01.18 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla