Yuxarı

6 yaşlı uşağa 2 fərqli diaqnoz qoyuldu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 6 yaşlı uşağa özəl klinikada bir diaqnoz qoyulub, Bakıdakı dövlət xəstəxanasında isə başqa diaqnoz. İndi ailə çaş-baş vəziyyətdə qalıb. Valideynlər uşağı hansı diaqnoz əsasında müalicə etdirəcəklərini bilmirlər.

Səbinə Rüstəmli oğlu İsmayılın dərisində problem yarandığına görə özəl klinikalardan birinə müraciət edib. Valideynə bildirilib ki, təcili olaraq qaraciyəri yoxlanılmalıdır. Biokimyəvi analizlərdən sonra qaraciyər fermentinin miqdarı 356 kimi göstərilib. Halbuki bu göstərici uşaqlarda 35 olmalıdır. Yalnız hepatit və serroz kimi dəhşətli viruslar zamanı bu göstərici qalxa bilər. Analizin nəticəsi isə o anlama gəlir ki, İsmayıl qaraciyər şoku keçirir.

Təxminən 3 həftə sonra uşaq heç bir müalicə kursu keçmədən bu dəfə Bakıda dövlət xəstəxanalarının birində yenidən analiz verib. Nəticələr valideynlərin təəccübünə səbəb olub.

Valideynlər daha sonra ilkin analizin verildiyi Sumqayıtdakı klinikaya müraciət ediblər. Bu dəfə onlara başqa xəstəliyin simptomlarından danışıblar.

Uşağa 3 fərqli diaqnoz qoyulduğundan indi ailə hansı xəstəlik üzrə müalicə aparmalı olduqlarını bilmirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, analizlər mütləq yenidən yoxlanılmalıdır. Əgər həkim səhvi sübut edilərsə, o zaman sözügedən klinika və həkim haqqında tədbirlər görüləcək.

Tarix
2018.02.17 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla