Yuxarı

Ağdaşda polislər özlərini suya atdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.18, 22:00

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mersedes" markalı maşın su kanalına düşüb.

Report xəbər verir ki, hadisə zamanı maşında bir ailənin üç üzvü olub.

Hadisə zamanı ana və övladı - 1999-cü il təvəllüdlü Hümbətzadə Məsumə Bəhruz qızı və 6 aylıq övladı Hümbətzadə Selcan Oruc qızı xilasedicilər tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar DYP əməkdaşlarının xidməti maşını ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların hər ikisi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Maşını idarə edən ailə başçısı Hümbətzadə Orucu vaxtında sudan çıxartmağın mümkün olmadığı bildirilir.

Qəzaya düşən ailə üzvləri Naxçıvan şəhər sakinləridirlər. Hadisə onlar Bakıdan Qazaxa gedən zaman baş verib.

Qeyd edək ki, Oruc Mehbalı oğlu Hümbətzadə İmişli rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.

***

Kanala düşən maşındakı sərnişinləri polislər xilas edib.

Bununla bağlı Avtosfer.az-ın yaydığı məlumatda bildirilir ki, 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən “Mersedes” markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Qadın və qucağındakı 6 aylıq körpəsini son anda xilas edib, sudan çıxardıqdan sonra yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır.

Tarix
2018.02.19 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla