Yuxarı

Yuxarı Qarabağ kanalından xeyli silah-sursat tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da Ağcabədi rayonunun Yuxarı Salmanbəyli kəndi ərazisində su kanalında mərmi tapılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat ANAMA-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunmuş, kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri 11 mart 2018-ci il tarixində davam etdirilib, nəticədə əlavə olaraq 700 ədəd 5.45 mm-lik patron, 1 ədəd RQD-5 əlqumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

10-11 mart 2018-ci il tarixlərində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 281 ədəd partlamamış hərbi sursat (1 180 ədəd 5.45 mm-lik patron, 100 ədəd 7.62 mm-lik patron və 1 ədəd RQD-5 əlqumbarası) və 3 ədəd avtomat darağı aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Tarix
2018.03.11 / 21:35
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla