Yuxarı

Naxçıvanda yeni yaşayış yeri tədqiq olunur

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. Dörd hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir.

Axar.az xəbər verir ki, tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV - bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə yaşayışın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.

Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq, təsərrüfat həyətını və ticarət əlaqələrini özündə əks etdirir.

Tarix
2018.08.04 / 17:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla