Yuxarı

Qubada taxıl sahəsini yandıran şəxs saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınıb, bu zaman xəsarət alan olmayıb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozub. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılıb.

Tarix
2018.09.14 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla