Yuxarı

“Dərinin soyulma səhnəsində getdik qarpız yeməyə”

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəsimi” filminin çəkilişlərində dərisinin soyulması səhnəsinə çəkilmək üçün geyinib gözləyirdim. Bu vaxt gəlib dedilər ki, yaxşı qarpız gətiriblər. Biz də isti hava idi, sərin qarpız yeməyə getdik. Bu vaxt məni tapa bilmədikləri üçün ayağın soyulma səhnəsinə işıqçı Rüstəmi çəkiblər. Filmdə Nəsiminin ayaqlarının soyulma səhnəsini işıqçımız Rüstəm canandırmışdı.

Kult.az xəbər verir ki, bu sözləri xalqın yaddaşında İmaməddin Nəsimi kimi qalan, bu rolun mahir və əvəzolunmaz ifaçısı xalq aristi Rasim Balayev Prezident İlham Əliyevin 2019-u “Nəsimi ili” elan etməsilə bağlı “Nəsimi” filminin çəkilişləri barədə “Yeni Müsavat”a danışarkən deyib.

Aktyor bildirib ki, həmin kadrların çəkilişləri Özbəkistanın Xivə şəhərində gedib:

“Oradakı meydanda edam səhnəsini çəkdik. Nəsimi yeganə filmdir ki, dekorasiya yoxdur. Məsələn, “Babək”, “Dədə Qorqud” filmlərində həm dekorasiya, həm natura var. Ancaq “Nəsimi” filmində dekorasiya yoxdur. Mən də ayağın soyulması səhnəsinə çəkilmək üçün geyinib gözləyirdim. Bu vaxt gəlib dedilər ki, yaxşı qarpız gətiriblər. Biz də isti hava idi, sərin qarpız yeməyə getdik. Bu vaxt məni axtarıblar ki, başımı və ayağımı çəksinlər. Rəhmətlik Həsən Seyidbəyli də hirslənirdi, şəkər xəstəliyi var idi. Biz də qarpız yeməyə getmişik, məni tapa bilməyiblər. Bizim rəhmətlik, çox gözəl operatorumuz Rasim İsmayılov var idi. Çox sakit adam idi. “Babək”, “Dədə Qorqud” filmlərində də operator olub. Sonra rejissorluğa başladı. Rasim İsmayılov görüb ki, mən yoxam, Seyidbəyli bərk hirslənib, deyib ki, gəl belə edək, başqa ayaq tapaq çəkək.

Qayıdanda gördüm ki, bizdə işıqçı Rüstəm var idi, onun ayağını soyundurub çəkiblər.

Bir dəfə çimərlikdə gəzirdim. Gördüm ki, adamlar mənim ayağıma baxırlar və deyirlər ki, Rasim Balayevin normal ayaqları var axı, oradakına oxşamır…

Ən əsası çox gözəl film alındı, tamaşaçı tərəfindən qəbul olundu. Mənim üçün çox xoşdur ki, insanlar sosial şəbəkələrdə indi “Nəsimi İli” ilə əlaqədar fotolarımı qoyurlar. Hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Mən o insanlara təşəkkürümü bildirirəm”.

R.Balayev bildirib ki, Nəsimi kimi onun dərisini soysalar, qışqırığına dünya çıxar:

“O zaman İsa Hüseynov dedi ki, Rasim, əllərinə mıx batır, sıx və ağrını hiss elə. Mən də cavan, enerjili adam idim.

Götürüb mıxı basdım əlimə, ayağıma, gördüm ki, qan çıxır, amma ağrını elə də hiss etmirəm. Məsələn, mənim dərimi soysalar, qışqırığıma dünya çıxar.

Axı bu Nəsimidir! Nəsimini dar ağacında yaratmaq üçün həm dözümlülük, həm ağrıları vermək, o əzəməti nümayiş etdirmək lazım idi.

Nəhayət, rejissorla tapdıq ki, səsindəki iniltini verək. Yəni şairin əzəmətini saxladıq. Ona görə də inildəmək ən uyğun variant idi”.

Tarix
2019.01.15 / 09:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla