Yuxarı

Şok: İbrahimbəyov Bakıda: verdiyi qonaqlığa kimlər gəldi? - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:28

Azərbaycanın tanınmış kinodramaturu Rüstəm İbrahimbəyov Bakıya gəlib.

Axar.az xəbər verir ki, bu barədə ilk xəbəri BakuPost saytının redaktoru Elçin Zahiroğlu yayıb. O, Feysbuk səhifəsində foto paylaşıb və yazıb ki, İbrahimbəyov Bakıdadır.

Professor Qulu Məhərrəmli də bu iddianı təsdiqləyən fotoları bu qeydlə paylaşıb: "Bir Cənub şəhərində (17.09.19) iki tədbir: 1) Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilir; 2) Dostlar həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd edir..."

Onun restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu, ssenarist Eldəniz Quliyev və başqa tanınmış şəxslər də yer alıb.

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

Belə ki, İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubileyini qeyd etməsi sensasiya sayıla bilər. Görünən budur ki, İbrahimbəyov siyasi hakimiyyətlə anlaşaraq, Bakıya dönüb. Bu iddianı restoran fotoları da təsdiq edir. Fəxri sədri olduğu Milli Şuradan onun masasında kiməsə yer verilməyib.

Son günlər Azərbaycan Prezidentinin atdığı addımlar və böyük dəyişimlər cərgəsinə daha birini də əlavə etmək olar...

***

Musavat.com dəqiqləşdirib ki, R. İbrahimbəyov Bakıya fevralın 15-də gəlib. O, fevralın 18-də Moskvaya dönəcək. Vətənə səfəri 80 illik yubileyi ilə bağlı olan Rüstəm İbrahimbəyov fevralın 17-də Azərbaycan kinematoqrafçıları ilə görüşüb, Kinemotoqrafçılar İttifaqının yığıncağına qatılıb.

Verilən xəbərlər sırasından onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda eks-sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir.

Tarix
2019.02.17 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla