Yuxarı

17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq? - Atası danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:53

ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Gəncin atası Yalçın Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

“Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki, ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsilhaqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı Universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə Y.Quliyev bunu təkzib edib:

“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsilhaqqı 18 min dollardır. Universitet Yasini təhsilhaqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur.

Tarix
2019.04.19 / 14:53
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Fiqaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla