Yuxarı

Sumqayıtda mənzildən iki yük maşını zibil çıxarıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.

Report-un məlumatına görə, bunu 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət mətbuatda işıqlanandan dərhal sonra aidiyyəti təşkilatlar hərəkətə keçib. Mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb.

Hazırda həmin ev təmizdir və heç bir üfunət iyindən söhbət gedə bilməz. Ancaq yaşlı qadın üçün Təcili Tibbi Yardım avtomobili çağırılsa da, həmin ünvana həkim briqadası gəlməyib. Xəstəxana və əsəb dispanseri xəstə qadını qəbul etməyib.

MİS-in nümayəndəsi qeyd edib ki, ev təmizlənərkən diqqəti çəkən məqam olub. Mənzilin bir otağıda dini kitablar və Qurani-Kərim kitabları aşkarlanıb.

Məlumat üçün bildirək ki, söhbət Sumqayıt şəhər 2-ci mikrorayon, bina 8/11, mənzil 25-də yaşayan ailədən gedir.

Qonşuların bildirdiyinə görə, psixi problemi olan Təranə Bəylərova mənzildə Humay adlı xəstə anası ilə yaşayır.

Binada yaranmış antisanitar şəraitdən narazı olan qonşular aidiyyəti orqanlara müraciət etmişdilər.

Tarix
2019.06.09 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla