Yuxarı

Film ssenariləri müsabiqəsinin nəticələri açıqlandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Film ssenariləri müsabiqəsinin nəticələri açıqlandı

Bu ilin mart ayının 20-dən may ayının 1-dək Mədəniyyət Nazirliyi tərəfindən keçirilən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri elan olunub.

Kult.az xəbər verir ki, münsiflər heyəti 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən aşağıda qeyd olunan film layihələrini seçib:

Tammetrajlı bədii

“Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar

“Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova

“Nərgiz” – Cavid Zaidov

“Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman

“Mampası qutusu” – Pərviz Həsənov

“Üçüncü bənd” – Ramiz Fətəliyev

“Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev

“Biçimçi” – Rəmziyyə Cilqamlı

“Kariatidalar” – Tahir Əlizadə

Qısametrajlı bədii

“Dulusçu” – Amil Məmiyev

“Əli həccə gedir” – Cavid Zeynallı

“Bazar günü” – Ülviyyə Heydərova

“Gecənin səsi” – Reyhan İsayeva

“Ailəvi şəkil” – Nurlan Həsənli

Sənədli

- “Ləzgilər” – Qorxmaz Şixəliyev

- “Qapı” – Etibar Məmmədov

Animasiya

- “Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli

- “Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı

Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirib ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünəməxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

Tarix
2019.06.20 / 17:05
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla