Yuxarı

Binəqədidə 4888 manat oğurlayan şəxs yaxalandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəqədidə 4888 manat oğurlayan şəxs yaxalandı

Binəqədi polisi rayon ərazisində ofisdən, mağazalardan, avtoservisdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu il iyunun 30-da rayon ərazisindəki bir ofisdən və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha iki mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları isə avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakini P.Rəhimovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2019.08.17 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla