Yuxarı

Vətəndaşlar BNA-dan narazıdır, tədbir görülsün - Ekspert

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlar BNA-dan narazıdır, tədbir görülsün - Ekspert

Vətəndaşlar paytaxt küçələrində avtomobillərini park edərkən problem yaşayırlarsa, BNA bunun həllini tapmalıdır.

Bu sözləri Axar.az-a aktyor, rejissor Kənan Mahmudovun (Kənan M.M.) BNA-nın ünvanına səsləndirdiyi ittihamlara və sürücülərə cərimədən yayınmaq üçün göstərdiyi üsula münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, paytaxtda bir neçə nəfər də sözügedən üsulla BNA-nın cərimələrindən boyun qaçırmağa çalışır:

“Daha çox taksi sürücüləri bu yolla dayanma-durma qaydalarını pozur və məsuliyyətdən yayınmağa çalışırlar. Amma bu, çıxış yolu deyil. Bu məsələlər ətrafında ciddi düşünmək lazımdır. Əgər tanınmışlar da bu yolla məsuliyyətdən boyun qaçırırlarsa, ciddi tədbirlər görmək lazımdır, cəmiyyətdə bununla bağlı narazılıq var. Bir müddət əvvəl BNA ilə bəzi tanınmışlar arasında da bənzər problem yaranmışdı”.

Ekspert Bakı Nəqliyyat Agentliyinin bütün küçələri “dayanma-durma qadağandır” işarələri ilə “bəzədiyini” vurğulayıb:

“Problemin həll yolunu tapmaq lazımdır. Paytaxtın bəzi küçələrində maşınların saxlanılması üçün ya məkan ayrılmayıb, ya da sıxlıq nəzərə alınmadan park yerləri salınıb. Düzdür, Kənan Mahmudov məsələsində BNA açıqlama yaydı ki, yaxınlıqda, yolun sağ və solunda avtomobillərin park yeri var. Amma bəzi yerlərdə, məsələn, Neftçilər prospektində yolun bir başından o biri başına kimi maşınların saxlanılması qadağandır. Hesab edirəm ki, bu, düzgün deyil.

Eləcə də Bakı Dövlət Universitetinin qarşısındakı Bəxtiyar Vahabzadə küçəsində yalnız sol zolaqda səkiyə paralel şəkildə maşınların saxlanılmasına icazə verilib. Amma orada nəqliyyatın intensiv hərəkəti yoxdur. Yalnız dərs vaxtları sıxlıq olub. Düşünürəm ki, həmin ərazidə hər iki tərəfdə səkiyə paralel avtomobillərin saxlanılmasına və ya sol tərəfdə onların perpendikulyar saxlanılmasına icazə verilsə, daha yaxşı olar. Cəmiyyəti narazı salmaq düzgün deyil. Əgər ictimaiyyətdə bu qədər narazılıq varsa, məsələyə bir daha baxmaq lazımdır”.

Qeyd edək ki, ötən gün rejissor Kənan Mahmudov Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaratmamasından şikayətlənib. O, sürücülərə maşını saxlayan zaman qapısını açıq qoyaraq, BNA-nın cərimələrindən yaxa qurtarmağın mümkün olduğunu bildirib.

Tarix
2019.09.10 / 17:39
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla