Yuxarı

Bacısı qızını kəsən Vurğun Əyyubu niyə sevdik?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir…

Onun bizə dediyinə görə, ən çox sevdiyi 3 şair var: Dahi Füzuli, Böyük Sabir və Xalq şairi Məmməd Araz. Düşünürdüm ki, niyə dərs zamanı daha çox bu 3 şairdən sitatlar gətirir? “Füzuli nə deyirdi?..”, “Sabir ona görə də…”, “Səndən ötüb qardaşına dəydi elə”…

Əgər yanımda kimsə bu 3 şairdən bəhs edirsə, qeyri-iradi müəllimimizin şeiri səsləndirməsi gözümün önündə canlanır. Yaxşı, niyə bu 3 şair?

Vurğun müəllimlə bu 3 şairi birləşdirən nədir?

Füzuli yaradıcılığı bütündür, qüsursuzdur, onun beytlərində bir sözü yerindən oynatmaq olmaz. Sabir bütün ömrü boyu əzilən zümrəni, “yatan” insanları qəflət yuxusundan hər vəchlə oyatmağa çalışan dövrünün böyük ziyalısıdır. Satirası qılınc kimi iti və ilan zəhəritək öldürücü gücə malik olub. Məmməd Araz yaradıcılığında isə vətən, yurd anlayışı əsas təşkil edib, onun vətən eşqi ilə yaşayan bir şair olduğunun göstəricisi olub.

Vurğun müəllim Füzuli kimi dəqiqdir. Onun dediyi heç bir sözün üstündən keçmək olmaz. O, qüsursuz, çox mövzudan xəbərdar, ziyalıdır, ədəbiyyatçıdır.

Sabirlə Vurğun müəllimi kəsərli satirik fikirləri birləşdirir. Xalqın rifahi, rüşvətsiz təhsili üçün atdığı addımları ilə sevilən Vurğun müəllim həm satirik sözləri, həm sərt davranışı, həm də mülayim zarafatları ilə tələbələrinin sevimlisinə çevrildi.

Onun vətənə sevgisini isə onu tanıyanlar bircə baxışından, sözündən anlayırlar. Məmməd Araz şeirlərini o cür hiss və həyəcanla bizim Vurğun müəllimdən daha yaxşı heç kim deyə bilməz.

O, dəqiq, prinsipial, satirik, vətənpərvər olmaqla sevdiyi 3 nəhəngin xarakterik xüsusiyyətlərini özündə cəmləyib ki, bu, onun böyük bir ziyalı olduğu anlamına gəlir. Biləndə ki, yeni ədəbiyyat müəllimimiz kim olacaq, onun barəsində qısa bir “araşdırma” aparmışdıq.

Bizdən öncə dərs dediyi 34 tələbədən 32-sini kəsmişdi, böyük göstəriciydi. Aramızda pıçıldaşırdıq:

“- Bilirsiniz o kimdir? İlk dəfə test üsulu ilə qəbulu yaradan şəxsdir. Deyirlər, öz doğma bacısına belə güzəşt eləməyib, bacısı qızının ali məktəbə girməsinə şərait yaratmayıb, hamımızı kəsəcək…”

Vurğun müəllim özünün timsalında müəllimlik peşəsinin toxunulmazlığını, hər bir insanın şərəf və ləyaqətlə bu peşə qarşısında baş əyməsinin mütləq olduğunu öyrətdi bizə.

Etiraf edim ki, bizə olan etibarından dolayı “kopya” çəkməkdən ehtiyatlandığım və bunu heç zaman etmədiyim yeganə müəllimdir. Qoyulmuş qadağaları pozmaq tələbəçiliyə xüsusi rəng qatan nüanslardan biridir ki, bu həzzdən Vurğun müəllimin etibarından sui-istifadə etməmək üçün hər zaman yan qaçdım.

O, tələbələrini hazıra nazir eləmədi: “Get, Axundovdan (Milli kitabxana nəzərdə tutulur) tap!”, “Sizə vəsaiti vermişəm”, “Bu barədə filan materialdan daha geniş oxuya bilərsiniz”…

Vurğun müəllim artıq 4 ildir ki, bizə həqiqəti tapmağı öyrədir.

O, bu gün əksəriyyət pedaqoqların bacarmadığı bir sevgini qazanaraq bütün tələbələrinin sevimlisinə çevrilib.

Bütün auditoriyalarda, əksər ədəbiyyat müəllimlərinə tələbələri onu nişan göstərib, ondan örnək gətirirdilər.

Belə müəllimdir bizim Vurğun müəllim.

Sevimli müəllimimiz Vurğun Əyyub!

60 yaşınız münasibəti ilə sizi təbrik edirəm!

2017-ci il.

Tarix
2019.09.25 / 13:43
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla