Yuxarı

Çində ən son helikopterlər təqdim olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin sənaye mərkəzlərindən olan Tiencin şəhərində V Çin Helikopter Sərgisi keçirilib.

Azərtac xəbər verir ki, dördgünlük sərgidə dünyanın 18 ölkəsindən helikopter, habelə helikopterlər üçün avadanlıq, ehtiyat hissələri istehsalı ilə məşğul olan təxminən 415 şirkət iştirak edib. Sərginin 165 min kvadratmetrlik ekspozisiya sahəsində hərbi və mülki helikopterlər, o cümlədən sərnişin və yük daşınması üçün nəzərdə tutulan helikopterlər, təcili tibbi yardım helikopterləri, fövqəladə hallarda istifadə olunan helikopterlər nümayiş olunub.

Tədbirin ən çox maraq doğuran məqamlarından biri helikopterlərin akrobatik şouları olub. Bu şoularda ən son texnoloji cihazlarla təchiz olunmuş 27 hərbi və mülki helikopter iştirak edib. Onların bəziləri ilk dəfə ictimaiyyətə təqdim olunub. Çinin “Külək və şimşək” aviasiya komandası yerli istehsal olan Z-10, Z-19 və Z-20 helikopterləri ilə şou göstərib.

Qeyd edək ki, Z-20 helikopteri ilk dəfə oktyabrın 1-də Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Pekində təşkil olunmuş hərbi paradda geniş ictimaiyyətə təqdim olunub.

Sərgidə xilasetmə əməliyyatlarında istifadə olunmaq üçün istehsal edilən helikopterlərin təlim çıxışları baş tutub. Bundan başqa, gələcəkdə istehsalı nəzərdə tutulan konseptual helikopter modelləri də təqdim olunub.

Sərgidə qlobal helikopter bazarının aparıcı iştirakçılarının, o cümlədən istehsalçıların, istismarçı şirkətlərin, sifarişçilərin iştirakı ilə müxtəlif tədbirlər, forumlar, təqdimatlar, konfranslar keçirilib, ziyarətçilər virtual reallıq texnologiyasının köməyi ilə helikopterdə uçuş həyəcanını yaşayıblar.

Sərgini, ümumilikdə, 30 min insan ziyarət edib.

Tarix
2019.10.13 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla